FED: 2018-сi ildə uçot dərəcəsi daha üç dəfə artırılacaq

Dərc olunub: 14/12/2017 - 00:38

ag evABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25%-dək artıracaq.

“APA-Economics”-in verdiyi xəbərə görə, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.

Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.

Qeyd edək ki, dekabrın 13-də FED uçot dərəcəsini 1,50%-dək artırıb.


loading...




Fikrinizi bildirin