"VƏHHABİLƏR AZƏRBAYCANDA FƏALLAŞIB" - Baş Prokurorluq

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb. Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib".

635x100

Şərhlər

naxçıvanlı 2017-12-14 17:14:58

Ölkənin birinci vəhabisi və vəhabilərin əsas maliyyə mənbəyi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovdur. Hacıbala vəzifədədir, deməli maliyyə mənbəyi fəaliyyətdədir və deməli vəhabiliyə qarşı heç bir tədbir görülmür. Dövətin vəzifəli şəxsinin oğlunun ...təşkilatın maliyyə mənbəyi olması ...

Qacqın 2017-12-14 17:14:58

Gözle ay rauf memmedov birden şefinle beraber vezifenizi elnizden alarlar...

Son yazılar