"AŞPA-nın bəzi üzvləri İlham Əliyevin vəkilləri qismində çıxış edir" -CƏMİL HƏSƏNLİ

Həsənli beynəlxalq müşahidəçilərə qarşıda duran saxtakarlıqlar haqqında xəbərdarlıq edib

Milli Şuranın vahid namizədi Cəmil Həsənli və bu müxalifət birliyinə daxil olan siyasi partiyaların rəhbərləri oktyabrın 8-də AŞPA, ATƏT və Aİ nümayəndələrinin iştirakı ilə beynəlxalq müşahidəçilər missiyasının suallarını cavablandırıblar.

Görüş seçkiqabağı vəziyyətə və Azərbaycan prezidenti seçkilərində 9 oktyabr ümumxalq səsverməsinə həsr olunub.

Görüşdə iştirak edən mənbənin Turana-a verdiyi məlumata görə, missiya üzvlərini seçkiqabağı mühit, namizədlər üçün bərabər şəraitin mövcuduğu, Həsənlinin platforması, seçicilərlə görüşlərin keçirilməsi şəraiti, ictimai əhval-ruhiyyə, medianın vəziyyəti, iqtisadiyyatda neft amili məsələləri maraqlandırıb.

Həsənli öz cavablarında televiziya debatlarında, seçiciləri ilə görüşlərdə və KİV-də səsləndirdiyi tezislərdən, dəlillərdən və faktlardan istifadə edib.

Həsənli bildirib ki, bir sıra səbəblərdən İlham Əliyevin seçkilərdə iştirakını qeyri-legitim hesab edir: onun üçüncü dəfə seçilmək hüququ yoxdur, belə ki, qeyri-məhdud seçilmək hüququ haqqında düzəliş 2009-cu ildə saxtalaşdırılmş referendumda qəbul edilib. 2008-ci ildə o, prezident seçilərkən prezident səlahiyyətləri 2 müddətlə məhdudlaşırdı. Buna görə, 2009-cu il düzəlişləri ona şamil edilmir, belə ki, qanunun geriyə təsiri yoxdur, deyə Həsənli bildirib.

Əliyevin qeyri-legitimliyinin ikinci əsası kimi onun öz gəlirləri, habelə həyat yoldaşının gəlirləri haqqında bəyannamə təqdim etməməsi qeyd edilib.

Üçüncü səbəb prezidentin korrupsionerliyidir.

Təşviqat kampaniyasına gəlincə, kampaniya qeyri-bərabər şəraitdə keçirilib, hakimiyyət inzibati, informasiya və maliyyə resurslarından sui-istifadə edib. Məsələn, telekanallar Əliyevə 12 saat efir vaxtı ayıraraq, onu müsbət rakursdan təqdim edib, müxalifət nümayəndəsinə isə 16 dəqiqə tənqid vaxtı ayrılıb.

Hakimiyyət Həsənlinin seçkiqabağı toplantılarını pozmağa çalışıb və bütün bu görüşlər inzibati təzyiq şəraitində keçirilib.

Korrupsiya şəraitində neft amili iqtisadiyyatın və əhalinin rifahının inkişafının katalizatoru olmayıb, bütün beynəlxalq hesabatlar, o cümlədən korrupsiya indeksləri və s. buna dəlalət edir.

O bildirib ki, Milli Şuranın iqtisadi siyasəti korrupsiyanın aradan qaldırılmasına, özəl seketora, kənd təsərrüfatına, xarici investisiyaların iştirakı olan sənaye istehsalatına dəstəyə əsaslanır.

Qarabağ münaqişəsinin həllini necə gördüyü haqqında suala cavabda Həsənli qeyd edib ki, İlham Əliyevin hərbi ritorikası heç nəyə gətirib çıxarmayıb.

Münaqişənin həllini Azərbaycanın və Ermənistanın demokratikləşməsi vasitəsilə axtarmaq lazımdır. İlk növbədə, Azərbaycan azlıqlara bərabər hüquqlar və imkanlar zəmanəti verən demokratik və hüquqi dövlətə çevrilməlidir.

Milli Şuranın namizədi hakimiyyətin seçkiləri saxtalaşdırmağa hazırlamasından narazılıq ifadə edib. O bildirib ki, hakimiyyət seçki siyahılarına qazanc üçün başqa ölkələrə gedənlərin adlarını daxil edib. Onların sayı 3 mln. nəfər olaraq qiymətləndirilir və onların adından qutulara bülletenlər atılacaq.

Ənənəvi “karusellərlə” yanaşı hakimiyyət yenilik tətbiq edir – bütün büdcə təşkilatlarına İlham Əliyevin xeyrinə səs verdikləri bülleteni mobil telefonla çəkərək, sonradan rəhbərliyə foto-dəlil təqdim etmək tapşırılıb.

Saxtakarlıq prosesinin idarə edilməsi üçün bütün səviyyələrdə saxtalaşdırmalara görə məsul olan onlar, yüzlər və minlərdən ibarət xüsusi sistem yaradılıb.

Milli Şura hakimiyyətin nəzarəti altında olan KİV-lərin ABŞ və Fransanın şübhəli sosial xidmətlərinin iştirakı ilə keçirdiyi exit-poll-ların nəticələrini qəbul etməyəcək.

Həsənli bildirib ki, AŞPA missiyasının əvvəlki seçkilərə verdiyi qiymətlər bu təşkilata qarşı etibarsızlıq yaradır, onun bəzi üzvləri isə İlham Əliyevin vəkilləri qismində çıxış edir.

Buna cavabda AŞPA nümayəndə heyətinin rəhbəri Robert Voulter bildirib ki, irad ədalətsizdir, belə ki, missiya üzvləri Azərbaycandakı vəziyyətə anlayışla yanaşır.

Görüşdə iştirak edən AXCP sədri Əli Kərimli missiyaya xatırladıb ki, Azərbaycan seçicisi 142 siyasi məhbusun və cəmiyyətə qarşı misli görünməmiş təzyiqin olduğu bir şəraitdə səsverməyə gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar