Putin seçki proqramını açıqladı - CANLI YAYIM

"Seçki proqramım, demək olar, hazırdır".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.

"Rusiyanı necə görmək istədiyim haqqında çox danışmışam. O, gələcəyə istiqamətlənən, müasir, yüksək texnologiyalar üzərində qurulan ölkə olmalıdır. Seçki proqramım barədə danışmaq istəməzdim, onu deyim ki, bu, artıq hazırdır. Diqqət yönəldilməsi lazım olan məsələlər infrastrukturun, səhiyyənin, təhsilin, yüksək texnologiyaların inkişafıdır. Hər şey vətəndaşların gəlirlərinin artırılmasına yönəlməlidir", - V.Putin bildirib.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin mart ayında keçiriləcək.

635x100

Şərhlər

Vetensiz 2017-12-14 14:11:47

Ay işxalcı eclaf xalq senin redd olub getmeni gözleyir sen he arzıx arzız bir prezdent olmaq isteyirsen allah o kürsüne sene vermesin inşallah ay başna dönüm insan necede arsızdı ay reşadetli rus xalqı bunu redd edin rusya kimi devleti gözden salıb

OQTAY 2017-12-14 14:11:47

Bu defe Babusqalari, alada bilmeyecen..,

Son yazılar