«Ukrayna hakimiyyəti mənim üçün Maldivə bilet almağa hazırdır» - Saakaşvili

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Odessa villayətinin sabiq qubernatoru Mixail Saakaşvili iddia edib ki, Ukrayna hakimiyyəti bütün üsullarla ondan yaxasını qurtarmağa can atır, hətta oun üçün «Niderlanda və ya Maldivə» bilet almağa da hazırdır.

«Lutsenko (Ukraynanın Baş prokuroru - red.) dünən deyib: "Biz, onu yatırdacağıq, amma o özü ölkədən gedə də bilər... Əgər o, ölkədən getməsə, biz onu Gürcüstana ekstradisiya edəcəyik..." Siz, haradasa belə hüquqi presedent görmüsünüzmü? Başqa sözlə, onlar mənə deyirlər: «Böyük bəlaya düşmək istəmirsənsə, biz sənin üçün Niderlanda və ya Maldivə 1 illik putyovka, bilet» alarıq» - deyə, «NewsOne» telekanalının saytı Saakaşvilidən sitat gətirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar