Türkiyə Mərkəzi Bankı faiz artırdı - LİRƏ UCUZLAŞDI

Türkiyə Mərkəzi Bankı gözlənildiyi kimi likvidlik pəncərəsi faizini (GLP) 50 bənd yüksəldib. GLP faizi 12,25%-dən 12,75%-ə qaldırılıb.

"Marja" xəbər verir ki, iqtisadçılar GLP faizində 100 bənd artım ediləcəyini gözlənyirdilər. Beləliklə, bazar məyus olub.

Bank uçot dərəcəsini 8%-də, faiz dəhlizinin aşağı və yuxarı faizini müvafiq olaraq 7,25 faiz və 9,25 faiz səviyyəsində saxlayıb.

TÜRK LİRƏSİ DƏYƏRDƏN DÜŞÜB

Dollar/TL qərardan sonra sərt yüksəlişlə 3.83-dən 3.89-a, Avro/TL 4.53-dən 4.59-aqədər yüksəlib. Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 1,7% artımla 3.8780 səviyyəsindədir.

Bankın açıqlamasında 2017-ci ildə cəmi tələbin güclü olduğu, kreditlərdə sürətli bir artım müşahidə etdiyi, son dövrlər açıqlanan statistik göstəricilərin iqtisadi fəaliyyətin gücünü qoruyub saxladığına işarə etdiyi qeyd olunub.

Açıqlamada "Daxili tələbdəki yaxşılaşma davam edərkən xarici tələbdəki artımın ixrac üzərindəki müsbət təsiri davam edir. Lakin inflyasiyanın yüksəlməsi və digər risklər artmışdır. Bu çərçivədə, pul siyasətinin sərtləşdirilməsinə qərar vermişdir".

Qeyd edək ki, Likvidlik Pəncərəsi (GLP) - Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) son borc verən məqam kimi, gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli TL borc imkanı və eyni şəraitdə TL borcvermə imkanıdır. Gecəlik və müvəqqəti bir üsuldur. Likvidlik Pəncərəsinə iki səbəbdən ehtiyac ola bilər: Təsadüfi olaraq, yəni bankın onunla əlaqəsi olmayan bir səbəbdən gün sonunda TL likvidliyini bağlaya bilməməsi və ya bankın maliyyə vəziyyəti yaxşı olmadığı üçün. Bu hallarda Mərkəzi Bankdan müvəqqəti borc alınır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar