"Miqrant böhranından ən çox Türkiyə əziyyət çəkir" - Putin

Rusiya prezidentinin sözlərinə görə, miqrant böhranından ən çox Türkiyə əziyyət çəkir:

“Terrorizmin ən böyük mənbəyi aşağı gəlir və aşağı təhsildir. Biz qaçqınlar məsələsini ümumi səylər çərçivəsində həll etməyə hazırıq. Nə Suriya, nə də Rusiya bununla təkbaşına bacarmaq gücündə deyil. Terrorizmlə əsas mübarizə yolu rifah və təhsildir. Digər məsələ isə regionda tarixi ədalətsizlikdir. Mən özüm Şimali Qafqazdan olan polisləri Suriyaya göndərdim. Çünki onlar sünnidir və Suriyadakı yerli əhali də sünni idi. Nəticədə hər şey yaxşı oldu. Hökumət də, yerli əhali də onlara güvəndi. Bir zamanlar Əl Qaidəni SSRİ-yə qarşı yaratdılar, amma o 11 sentyabrı törətdi. Bizim hərbçilər indi onların Suriyadan İraqa getdiyini müşahidə edirlər. Biz onların İraq getdiyini xəbər veririk, amma amerikalılar sadəcə durub baxırlar”.

Qeyd edək ki, Putinin mətbuat konfransları 2001-ci ildən bu yana müxtəlif fasilələrlə keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar