Prokuror şeyxin qudasının oğluna cəzas istədi - 4 İL HƏBS

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, Ə. Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 20-də davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar