Azərbaycanda avtomobil istehsalı tənəzzüldə

Cari ilin yanvar-noyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 259,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 38,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 16,9% artıb.

On bir ay ərzində fəvvarə armaturunun istehsalı 88,4%, minik avtomobillərinin istehsalı 88,9%, yük avtomobillərinin istehsalı 99% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 42,1%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 30% artıb.

635x100

Şərhlər

Mühəndis 2017-12-14 17:04:11

Azərbaycanda avtomobil istehsalına dövlət qayğısı olmadan bu sahəni inkişa etdirmək mümkün deyil.Bundan əlavə ölkədə geniş istifadə olunan marka və modellərin istehsalına ( orta sinifli )diqqət edilməlidir.(İran və Türkiyə misalı ). Yalnız bu zaman bu sahə inkişaf edə bilər.Xaricdən işlənmiş,köhnə avtomobilərin idxalına ehtiyac qalmaz.

Son yazılar