Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 669 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 63,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayı ərzində ölkədə 566,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 67,9% çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 73,5 kq hazır məhsul ehtiyatı yaranıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar