"SİZ ÜMUMİYYƏTLƏ ADAMSINIZ?" - Putin

Rusiya prezidenti Vladimir Putin bu günkü mətbuat konfransında ABŞ senatorlarının və konqresmenlərinin Rusiyanı Şimali Koreya və İranla tərəzinin eyni gözünə qoymasını sərt ifadələrlə tənqid edib.

Virtualaz.org xəbər verir ki, Putin bu barədə jurnalistlərdən birinin Rusiyanın Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq danışıb.

“Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardırlar, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz ümumiyyətlə, normal adamsınız?”-Putin amerikalılara xitabən bildirib.

Putin əlavə edib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır və baş verənləri düzgün hesab etmir. Onun fikrincə, tərəflər bir-birlərini təxribata çəkməyi dayandırmalıdır. Putin ABŞ-ı Şimali Koreyaya zərbə endirmək fikrindən daşınmağa çağırıb, deyib ki, əgər ABŞ bu ölkəni vursa nəticə fəlakətli olacaq. Hətta zərbə nüvə silahı ilə endirilməsə belə.

“Haranı vuracaqsınız axı? Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilir ki,Şimali Koreyada hansı hədəflər var? Bir raket zərbəsi kifayətdir ki, nəticə fəlakətli olsun”-Rusiya prezidenti xəbərdarlıq edib.

635x100

Şərhlər

Yaqub 2017-12-14 20:25:29

Sen kes e sen adamsanki işxalcı eclaf bilmirem bu rus xalqı ne fikirleşir bu yaramazı niye redd etmirler sizin varnızı pulnuzu menimseyib bu eclaf ne az ne cox düz 150 milyart dolları var buda rus xalqına mexsusdu di gel putin hamsını onun bunun adınnan xarici banklarda yayırdır

Vetensiz 2017-12-14 20:25:29

Sen adamsanmıki ermeni elinnen torpagmı zebt edibsen eclaf

Kamran 2017-12-14 20:25:29

Yaqub qardaş düz deyir birce sözde men artırımki o kremlin iti jirinovski azeri xalqına qoyun deyirdi inde özü kremlin quzusu olub niye xalqını kücelere sesleyib putini redd etmir künkü putin bunu satın alıb istediyi vaxt heqiqeti buna dedidtirir

Metleb 2017-12-14 20:25:29

Kamran qardaşım ne düz yazıb jirinovskiye sanki üreyimden tikan cıxdı

Omar 2017-12-14 20:25:29

Putin hakimyeti ne qeder var heleki saldat itreceyik ay azerbaycan xalqı odurki gece gündüz du edinki onun hakimyeti yerne yeksen olsun prezdent secilmesin

Rauf 2017-12-14 20:25:29

Omar qardaş inşallah amin du edirem yox olsun o murdarlar azad olsun qarabagım menden 9 milyonluq xalqa omar qardaşın dualarna destek olmaga cagrıra redd olsun putin hakimyeti qayıtsın qarabagım

Quliyev Elxan Sarı o. 2017-12-14 20:25:29

Hakimiyyətdə uzun müddər əyləşmək, onu zəbt etmək sovetlərdən qalma bir xəstəlikdir. Bu xəstəlik də hakimiyyəti çürüdür. Sovetlər ittifaqı dağılandan sora müstəqillik əldə edən respublikaların MK-dakı birinci katibləri prezident vəzıfələrində əbədi əyləşdilər.Heç şübhəsiz ki,keçmiş təfəkkürlə dövləti idarə etmək mümkünsüzləşirdi. Putində də bir yeni təfəkkür varmı ki, dövləti idarə edə bilsin? Hazırki dövrdə ancaq iki seçkidə-səkkiz il prezident kürsüsündə əyləşmək mümkündür.

ayrim 2017-12-14 20:25:29

bindan can qurtaran gun qurban kesilesi deyilmi///

Son yazılar