Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 14 polis öldürülüb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində azı 14 polis əməkdaşı həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polislər “Taliban” döyüşçülərinin pusqusuna düşüblər. Hərəkatın nümayəndəsi Kari Yusuf Əhmədi hücum faktını təsdiqləyib və qənimət kimi çox sayda silah-sursat və bir neçə nəqliyyat vasitəsini ələ keçirdiklərini bildirib.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar Əfqanıstanın şərq və cənub hissəsində yerləşən Lohar, Nanqarhar, Hilmənd, həmçinin respublikanın şimalındakı Qunduz, Cauzcan və Pərvan əyalətlərində mövqelərini gücləndirən və bəzi kənd rayonlarında üstünlüyə yiyələnən talibançılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar