«Rusiya Ukraynaya soxulub!» - ABŞ dövlət katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Rusiyanı Donbas ərazilərinə «soxulmaq»da ittiham edib və bunu yolverilməz adlandırıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin «Rusiya sadəcə münaqişə tərəflərindən birini seçib» məzmunlu bəyanatı gerçəkliyi əks etdirmir.

«Bir var ki, ölkələr münaqişənin bu və ya digər tərəfini seçirlər - Rusiya Bəşər Əsəd tərəfini seçdi, bizim seçimimiz isə başqa oldu. Amma bir də var ki, bir ölkə o birisinin ərazisinə hücum edir - belə davam edə bilməz» - deyə, «Amerikanın səsi» radiosu Tillersondan sitat gətirir...

Bundan başqa, Tillerson qeyd edib ki, hazırda Minsk prosesinin təzələnməsi üçün bütün səylərin göstərilməsi vacibdir. Ayrıca olaraq, ABŞ-ın Ukraynadakı səfiri Kurt Volker bunun üzərində işləməlidir.

«Bu danışıqlar dondurulub, mən bu vəzifədə işləməyə başlayanda - bizim Putinlə ilk görüşümüzdə ondan soruşdum: mümkündürmü ki, kimi isə təyin edək və o, Kremllə və digər tərəflərlə danışıqların bərpası istiqamətində birbaşa işləsin? Mən, Kurtu təyin etdim ki, məsələ ilə məşğul olsun» - Tillerson qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın şərqində zorakılığın dayandırılması daha aktual məsələdir, çünki 2017-ci ildə mülki şəxslər arasında qurbanların sayı və atəşkəsin pozulması halları 2016-cı illə müqayisədə əhəmiyyətli dərəcədə artıb...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar