ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmaq niyyətindədir

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.

“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.

635x100

Şərhlər

Gumrah 2017-12-14 23:05:14

Ugru xeyir olsun tek olsun o şeytan molla ermeniperes murdarları qırsın

Son yazılar