Azərbaycan neftinin SON QİYMƏTİ 

Dərc olunub: 14/12/2017 - 23:35

neft-buruq-neft-burugu-neft-buruqu-1CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 65,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 64,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 61,18 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə dekabrın 13-də 63,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.








loading...


Fikrinizi bildirin