Azərbaycan Neft Fondundan "Bitcoin" açıqlaması - "Böyük risklər daşıyır"

Azərbaycan hökumətinin Bitcoin daxil kriptovalyutalra yatırım etməsi ilə bağlı çağırışlar səslənir. Bəzi Bitkoin istifadəçiləri ehtimal edir ki, bu sahəyə vaxtında yatırım etməklə indiyədək ölkəyə böyük vəsait gətirmək mümkün idi.

Amma ölkənin əsas investoru sayılan Neft Fondu bildirilib ki, fond bu bazarı izləsə də, onun böyük risklər daşıdığını və gələcəyi ilə bağlı "ciddi sualların olduğunu" hesab edir.

Fonddan bildirilib ki, ARDNF-in əsas fəaliyyəti vəsaitlərin idarə edilməsi sahəsidir və bir institusional investor olaraq Fond da dünya maliyyə bazarlarını, o cümlədən yeni trendləri daima izləyir və öz investisiya strategiyasında bunları nəzərə alır.

Ayrılıqda kriptovlayutalar bazarı xüsusi olaraq izlənilmir, lakin onların ümumi inkişaf trendləri, hazırki investor bazası, fərqli investorların bu barədə fikirləri öyrənilir, müvafiq araşdırmalar aparılır.

Fonddan xatırladıblar ki, ARDNF-nin investisiya fəaliyyəti, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən İnvestisiya Qaydaları, İnvestisiya Siyasəti kimi müvafiq aktlarla tənzimlənir: "Amma bu sənədlərdə də nə potensial maliyyə aktivi, nə də valyuta kimi kriptovalyutalar yer almır və hal-hazırda da bununla bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur".

Fondun ekspertləri kriptovalyutalar bazarı ilə bağlı mövqelərini də açıqlayıblar: «Ümumiyyətlə hal-hazırda kriptovalyutalar dayanıqlı bir maliyyə aktivi və ya valyuta kimi hər hansı bir fundamental dəyərə əsaslanmır və bu alətlərə daha çox individual investorlar tərəfindən spekulyativ məqsədlərlə yatırımlar edilir. Təbii ki, çox yüksək volatillik, bu bazarın tənzimlənməməsi və istər dövlət, istərsə də maliyyə qurumlarının yüksək çinli rəsmiləri tərəfindən daima bu barədə narahatlıqlar onların gələcəyi ilə bağlı əsaslı suallar yaradır". /Fed.az

635x100

Şərhlər

Bashirov Qarib 2017-12-15 10:52:26

Neft Fondu chox gozel basha dushur ki,Bitkoin transmilli maliye firildagidir ve chox yaxin zamanlarda sabun kopuyu kimi partlayacaq.Yaxshi olardi ki,istehsaldaki anormal inhisarchiligi legv edib,olkeye arxayinliqla yatrim etsin. Hem,Fond qazanar, hem ehalinin xarici emiqrasiyasnin qabagi alinar,ehali ish-chorek tapar,vergi verer ve olke inkishaf eder. Amma, etmezler, inhisarchi tayfa qazanmalidir, ehali de ac, ishsiz gucsuz veyillenmelidir.

Son yazılar