BEYNƏLXALQ BANK ÖZƏLLƏŞDİRİLİR – "Hökumət mühüm addımlar atıb"

"Hökumət Beynəlxalq Bankın özəlləşdirilməyə hazırlığı üçün mühüm addımlar atıb"

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Dayanıqlı İnkişaf. Keçid Hesabatı 2017-18" adlı hesabatını açıqlayıb.

Bankın Azərbaycan nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, EBRD-nin baş iqtisadçısı Sergey Quriyev tərəfindən hazırlanan hesabat maliyyə təşkilatının sərmayə yatırdığı inkişaf etməkdə olan ölkələri əhatə edib.

Müəllif deyir ki, regionda iqtisadi islahat meylləri nəzərə çarpmaqdadır.

Azərbaycandakı iqtisadi islahatlara toxunan EBRD bildirir ki, özəlləşdirilməyə hazırlıq məqsədilə ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası ilə əlaqədar hökumət mühüm addımlar atıb.

635x100

Şərhlər

Məmlük eksperti 2017-12-15 11:41:27

Borcları ilə bütün kapitalından bir neçə qat çox maliyyəsi olan kimlər ABB-nı almaq risqinə gedər? Yoxsa, fenominal Azərbaycan iqtisadi siyasəti: bir-iki min nizamnamə kapitalı və bir neçə yüz min "şirinliyə" digər şirkətlər kimi milyardlıq ABB-də satıla bilər?

Son yazılar