FAZİL MƏMMƏDOVUN YEZNƏSİ 1O MİLYONLA ÖLKƏDƏN QAÇIB - Sensasiyalı iddialar

fazil-memmedov_15-640x429

Sabiq nazirin  kurasiyasında olmuş “Snerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar

Fazil Məmmədov hesab edir ki, işdən çıxarılmasında  etimad göstərdiyi adamların rolu olub

Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir.  Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Sayt yazır ki, Şəmkir rayonunda inşa edilmiş “Şəmkir Aqropark” Logistika Mərkəzi Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olub. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.

İddialara görə, “Şəmkir Aqropark” kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır.

Məlumata görə, Qüdrət Seyfullayev “Şəmkir Aqropark”ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd isə ayrılan pulların yeyintisini ört-basdır etmək olub. “Şəmkir Aqropark” kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.

Image result for “Şəmkir Aqropark

Digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş “Snerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar.  Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Şəmkir şəhər icra nümayəndəsi Çingiz  Həsənov Fazil Məmmədov işdən çıxarılmazdan əvvəl ölkədən gedib. Onun özü ilə 10 milyon manat apardığı da iddia olunur. Bildirilir ki, həmin pullar Şəmkirdə mücərrəd bir layihənin gerçəkləşməsi üçün Çingiz Həsənova ötürülüb. Büdcə vəsaiti olan həmin məbləğin nəğdləşdirilərək götürüldüyü də gələn məlumatlar sırasındadır. Həmin məbləği Ç.Həsənov konkret hesaba köçürməli olub, lakin bunu etməyib və ölkədən həmin pullarla bərabər çıxıb.

Image result for Fazil Məmmədov

Bildirilir ki, hazırda Fazil Məmmədov həm də kadrlarına görə gərginlik içindədir. O hesab edir ki, işdən çıxarılmasında ətrafında olan və etimad göstərdiyi kadrların ona qarşı fəaliyyətdə olmaları əsas rol oynayıb. Vergi Nazirliyinin arxa kabinetlərində cərəyan edən gizli sövdələşmələr haqda məlumatlar hakimiyyətdəki müxtəlif çevrələrə sızıb.

Böyük məbləğlərin ölkədən çıxarılması zamanı yol verilən yeyintilər haqda məlumatlar kənara çıxıb. Fazil Məmmədov hələ 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində Vergilər Nazirliyində əcinnələri müəyyən etmək üçün o dövrdə vəzifədə olan Eldar Mahmudova üz tutmuşdu. Həmin vaxt Eldar Mahmudovun xəfiyyələri Vergilər Nazirliyində çalışan hər kəsi nəzarətə götürmüş, bütün şübhələr nazirlikdə çalışan Fazil Məmmədovun qohumlarının üzərində cəmlənmişdi. Həmin günlərdən birində xəbər yayılmışdı ki, Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi Samir Qurbanov işdən çıxarılıb. Bundan qəzəblənən Samir Qurbanov nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutmuşdu. Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır.

S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin  idarəçiliyi ilə məşğul olan, "ATA-Holdinq"in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. O dövrdə belə xəbər də vardı ki,  Samir Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” də (qeyri-rəsmi maaş) alırmış.

Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. Bu hadisədə gizlində qalan bir ad-soyad da vardı -  Rafael Qurbanov! Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş.  Fazil Məmmədov hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər...

Fazil Məmmədovun Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə etdiyi də bildirilir. Qeyd olunur ki, Samir Qurbanov Vergilər Nazirliyində “qoçuluq” edəndən sonra Fazil Məmmədov onu həbsə aldırılıb. Amma onu çox da həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı, əmisi  Fazil Məmmədovu və Binəqədinin İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu gizlinlərini ictimailəşdirməklə təhdid ediblər.

xaleddin-isgenderov

Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda  Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı.  Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atdı, Samir Qurbanovu həbsə yollayan Fazil Məmmədov özü onu oradan xilas etdi. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var.  Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun.  

Hazırda Fazil Məmmədovun qubernatorluğuna daxil olan rayonlarda - Şəmkir, Gədəbəy, Binəqədi, Yardımlıda icra hakimiyyəti başçıları da çıxılmaz durumdadır. Fazil Məmmədovun qəfil işdən çıxarılması ona arxalanıb qanunsuzluqlara qol qoyan icra başçılarının durumunu kəskin şəkildə ağırlaşdırıb. Bu gün bu rayonlardan istənilən birinə prokurorluğun yoxlama qrupu göndərilsə, çoxsaylı qanunsuzluqların müyyən olunacağı şübhəsizdir.

Gədəbəydən aldığımız son məlumatlara görə, icra başçısı Ramiz Yediyarov qeyri-müəyyənlikdən istifadə edərək idarə və təşkilatlardan pul yığdırır. Başçı pulun hansı məqsəd üçün yığıldığını demir, tələsik şəkildə pul yığımı ilə bağlı tapşırığının icra olunmasını istəyir. Bu tələskənliyin nə ilə əlaqəli olmasını isə bilən yoxdur. Belə xəbərlər var ki, R.Yediyarov patronu Fazil Məmmədiov kimi qəfildən işdən çıxarılacağını ehtimal etdiyindən tələskənliyə düşüb. Bu həm də onu göstərir ki, Fazil Məmmədovun kadrları olan icra başçıları çamadan ab-havasındadırlar...(musavat.com)

 

635x100

Şərhlər

t.ədalət 2017-12-15 12:14:07

Fazil Məmmədov,artıq güllələnmək kimi sonuclanacaq dəhşətli bir cinayyət törədib. Ölkənin müharibə vəziyyətində xalqı şəxsi məqsədlə soyub-talayan bu ermənidən betəri və onun ortaqlarını cəzalandırmaqla yanaşı ölkə vətəndaşlığından da kənar etmək lazımdır. Güman edirəm ki,Hacıbala Abutalıbovun sərvəti onunkundan az deyil.Yəqin yoxlamalar onun çırpışdırdıqlarını da aşkarlayacaq.Bu sümürgənlər durdurulmasa ölkə ölkə iqtisadi facilərə sürüklənəcək.

Marif 2017-12-15 12:14:07

Eceb edib qacıb halal xoşunnan xericlesin yoxsa bexileri kimi vezifede odrub xalqın qanını icmir kim istefa verib gedir ugur olsun allah onu qorusun başa düşürki daha ayıbdı xalqdan besdi yoxsa bezileri kimi arsız deyil

G.M 2017-12-15 12:14:07

F.Məmmədov haqqındakı ``dosye`` əksər məmurlarımızın tərcümeyi hallarını əhatə edir..Sadəcə lazımdır ki..İşdən azad olunmaları haqqında Sərəncam verilsin.2018 -ci il bu məəmur sürüsünün süqutu ili olmasa xalqın ``süqutu`` qaçılmaz olacaq.Əqidəcə dilənçi,vəzifəcə məmur olanlar Respublikanı ,Dövlətçiliyimizi təhlükəli bir ``qaranlığa`` sürükləyir.

X 2017-12-15 12:14:07

Sadece olkeye cavan savadli eneryili milletin seven kadirlar basciliq etmelidir Vallah cavan da acgozluk qocalarda oldugu qeder deyil bizdekilerin ise gozun torpaq doyura biler servet yox

sabiq vergi iscisi İlham 2017-12-15 12:14:07

Olkədən 10 milyon cixaranlardan yaza kimi elə olkədə qalib 100 milyon verginin hesabina qazanan vergilər nazirliyi auditin rəisi, sahibkarlaqa qənim kəsilib, olan-qalanlarini da əllərindən qoparib saysiz hesabsiz malikanə və obyektlərə sahib olan təhsilsiz vəixtisasi olmayan qohumlarini vergiyə soxan Habil Məmmədovdan niyə yazmirlar ki?

Koxa 2017-12-15 12:14:07

Ey millet devlet başna kimsesiz yetim lazımdıki qohum eqrebesni başna yıxmasın onuda xalq secsin ne rus ne amerika sadece xalq vessalam cüt tamam

Yoxsul M/İbad 2017-12-15 12:14:07

Azərbaycan cəmiyyətinin lazımi məsələləri, mühüm dövlət problemləri bir sıra hallarda açıqlanmır, bəzən bir-iki vəzifəliyə iradla "qapanır", ya da oxşar rəqəmlər və hətta təriflərlə "pərdələnir". Mətbuatla birgə əhalini də axmaq yerinə qoyurlar. Məncə, dünyəvi biznesli ABŞda 3000(üç min) dollardan yuxarı NƏĞD buraxılmır. On milyonu necə götürüb qaçmaq olar və ya vətən xaini Leyla Yunusu kim buraxdıra bilər?

NURəddin 2017-12-15 12:14:07

BİRİNƏ AYDA 100 MANAT, DİGƏRİNƏ İSƏ 50 MİN MANAT VERİLİR. BU BÖLGÜNÜ KİM BELƏ BÖLÜB? BELƏ İMANSIZLIQ HARDA GÖRÜNÜB? CANAVAR CANAVARLIĞI İLƏ BUNU ETMƏZ. BU GURUH YIRTICILARDAN TƏŞKİL OLUNUB. YIRTICILAR İSƏ BİR QƏFƏSİN İÇİNDƏ ÇOX QALA BİLMİR. MÜTLƏQ BİR-BİRİNƏ QƏNİM KƏSİLİR. QIRIN BİR-BİRİNİZİ. ALLAH XALQIMIZIN BALALARINI SİZİN ÖVLADLARINIZDAN QORUSUN.

Oxucu 2017-12-15 12:14:07

FAZİL MƏMMƏDOVUN BİNƏQƏDİ RAYONU HƏMZƏ BABAŞOV KÜÇƏSİNDƏKİ HƏR BİRİ 5 MİLYONLUQ 3 VİLLASININ QARŞISINDA QEYDİYYAT NİŞANININ SONU 222 RƏQƏMİ İLƏ QURTARAN 3 XARİCİ AVTOMOBİL NİYƏ BİRDƏN YOXA ÇIXDI?

Zaman 2017-12-15 12:14:07

neden bu vaxta qeder bu pullar oqurlanirdi nece iller idi buna goz yumurdu hokumet? bu mehsuliyyeti hokumet Fazil memedovla eyni boluwmelidir, bele nazirler uzerinde nezareti itirdiyine gore.

Makedoniyali isgender 2017-12-15 12:14:07

Cavan dediyinizde mikayil cabbarovdu tehsile ne gun agladi ki vergiyede gun aglaya

Eliyar 2017-12-15 12:14:07

Guya mikayil cabbarov getirib sizin cibinize qoyacaq milyonlari sizde xercleyeceksiz.bu onnanda beter olacaq amma medeni formada amma daha cox milyardlar. cunki onlardan yazmaga kiminse cureti catmir ancaq kemaleddin heyderovdan ramil usubovdan yazirsiz halbuki onlar bu olke ucun cox boyuk isler gorubler.birdefe de yeni klannan meqale yazsinlar.dovletin puluyla fransada luvr muzeyini milyonlarla dollara temir eletdirib tehsilde sehiyyede ne oyunlar getdiyini yazsinlar yaza bilmezler kerem hesenovdan oqtay sireliyevden yazsinlar

KENGERLI. 2017-12-15 12:14:07

Bu olkeni talayan nazirlerdir lazimi tedbirler gorulmur. Eldar Mahmudov bundanda cox yeni 5milyard ABSH dolari (Internetde yazilmishdi) ogurlamishdi.Bundan bashqa Azerbaycanda yashayan kasibdan-dovletliye qeder insanlari talayib ona hec ne etmediler hal-hazirda bashqasina zorla pulunu odemeden Badamdarda tikdirdiyi BOYUK VILLADA oturub oz kefindedir.NE qeder ki bunlara Agir ceza verilmeyib bele haqsizliqlar cox olacaq.Buda Dovletin imicine menfi tesir gosterirecek....

edik 2017-12-15 12:14:07

allahim bu millete ozun komey ol

Dağ adamına 2017-12-15 12:14:07

Bəs ... anası kimdir? Ermeni olmayıb? Bəs bilmirsəmn ki,indi vəzufələr belələrinə verilir.Axı Bakıda 20 min erməni yaşayır.Bilirsənmi onlar kimlərdir?Avamlıq etməyin,ay milləT! Allah sizə yardımcı olsun,qurtaraslnlz bu...

Kasıb 2017-12-15 12:14:07

Rəhbərlik bilmir ki, 15-20 il bir nəfər eyni nazir kreslosunda oturduklanda belə faktlar yetərincə olacaq? Bir postda 15 il oturan şəxs bir ildə-365 gündə yalnız bir qohumunu sistemində işə qəbul edəndə 15 ildə 15 qurum özəlləşdirilmiş olur.əHnsı nazirlikdə,icra hakimiyyətlərində minərlə belə faktlr yoxdur.Ölkə sanki satılıb.

aydin 2017-12-15 12:14:07

.... korrupsioner məmurların heresi bir qalustuk bir paqon taxib tulku kimi oqurluq edib yedizdirirler bisimillasiz emele gelmish balalarina

Habil 2017-12-15 12:14:07

Hansl nazirin, hansı IH başçısının,deputatın ( bir neçəsindən başqa)oğurluq milyonları,hətta milyarları yoxdur? Bunu onların villaları,evləri, biznesi (halbuki qanunla qadağandır), xaricdə əmlak və bank hesabları sübut edər.Birinin-ikisinin hər hansı səhvindən istifadə etməklə ortaya çıxarılması bu vəziyyəti düzəldə bilməz.Bir də axı bunların hamısı YAP-ın parlayan ulduzlarıdırlar. DEməli ölkədə YAP öz iç üzünü açıb.

dağ adami 2017-12-15 12:14:07

Musavat Com yazdiğina gorə Ğedebey rayon İHB rayonda pul yiğmaqla məsğuldur. Gorən o birisi rayon İHB nə ilə məsğul olur? Bəlkə kitab oxuyurlar? Gedebəy rayon İHB ən boyuk qanunsuzluqlarindan biri rəhbərlik etdiyi rayonun poliklinikasinin bas həkiminin anasi erməni olan... həkimdir. Bu adm bir necə dəfə isdən qovulsa da, amma yenidən erməni ilə sərhəddə yerləsən muharibə səraiti olan Gədəbəy rayon poliklnikasinin ... təyin edilib. Biabirciliğin son həddi deyilmi...

REDAKTOR 2017-12-15 12:14:07

RAUF GORƏSƏN NƏDƏN BU QƏDƏR VERGİLƏR NAZİRLİYİNDƏN HƏQİQƏTİ ƏKS ETDİRMƏYƏN SANTAJ XARAKTERLİ SİFARİSLİ YAZİLAR DƏRC EDİR? BƏS GORƏSƏN TƏHSİL NAZİRİNDƏ BAS VERƏNLƏRDƏN YAZMİR? YAXUD MİKAYİL CABBAROV DƏRHAL VƏZİFƏSİNDƏN KƏNARLASDİRİLARSA GORƏSƏN ONDAN NƏ YAZACAQ? YAXUDDA Kİ VERGİLƏR NAZİRİ OLMUS FAZİL MƏMMƏDOV NƏDƏN DİN ƏDƏFİNƏ TUS GƏLİB? AXİ MUSAQULU BU QURUMDAN İCAZƏSİZ HEC NƏ YAZA BİLMƏZ!...

bakil balasi 2017-12-15 12:14:07

ay satqin Rauf, ne qeder yalanlar yazirsiz. yeqin Fazil Memmedov vezifede olanda ... ona gre ondan yaniqlisan. inshallah senin haqiinda da lazimi xeberleri yazarlar, amma senden ferqli olaraq heqiqeti

Son yazılar