Oqtay Əsədov generalı narahat olmamağa çağırıb

Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ilə bağlı deyilənlərə münasibət bildirib.

APA-nın məlumatına görə, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub.

“Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi dərhal Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir”, - deyə K. Vəliyev bildirib.

Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: “Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.

635x100

Şərhlər

t.ədalət 2017-12-15 14:22:09

Ordu haqqında söhbət gedəndə narahat olan hərbiçilərin əksəriyyəti ordunun taleyinə görə deyil, özlərinin maraqlarına görə həyəcanlanırlar.Bu da ondan irəli gəlir ki,etdikləri qanunsuzluqların açıla biləcəyindən ehtiyatlanırlar.Biz çalışmalıyıq ki,rusiyanın orduya sızdırdığı casus hərbiçilərdən qorunaq.Azərbaycan ordusunun qələbəsi onun Vətənə sədaqətli olmasından çox asılıdır.Bunun üçün Rusiyanın içimizə atdığı zabitlərdən qurtulmalıyıq.

Son yazılar