Mehman Əliyev Vaşinqtondadır - Senator Dik Durbinlə görüşüb

Vaşinqton Azərbaycan hökumətinin Turan agentliyinə və digər KİV-lərə qarşı təzyiq faktlarının monitorinqini davam etdirəcək. Bu fikir Turan agentliyinin direktoru Mehman Əliyevin Vaşinqton səfəri zamanı onun rəsmi şəxslər və mətbuat azadlığı sahəsini təmsil edən təşkilatların nümayəndələri ilə görüşündə səslənib.

Turan agentliyinə qarşı cinayət işi, bank hesablarının dondurulması və M.Əliyevin həbsi ilə əlaqədar bu ilin avqust-sentyabr aylarında agentliyin fəaliyyəti faktiki olaraq dayandırılıb. Beynəlxalq təzyiqlərin və Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqilə bağlı hədələrin nəticəsində M.Əliyev sentyabrın 11-də həbsdən azad edilib.

M.Əliyev Dövlət Departamenti, Senat, Konqres və digər yerlərdə görüşləri zamanı Azərbaycanda söz azadlığının hazırki durumunu və azad mətbuatın sıxışdırılmasını müzakirə edib.

"Müəmmalı həbsdən sonra Mehmanı azadlıqda görməyə və onun öz mühüm fəaliyyətini yerinə yetirməsinə şadam. Ümud edirəm ki, siyasi motivlərlə həbs edilən digər şəxslərə qarşı da belə addım atılacaq", - senator Dik Durbin Turan agentliyinin direktoru ilə görüşündən sonra Tvitterdəki mikrobloqunda yazıb.

Vaşinqton görüşləri zamanı M.Əliyev onun azadlığa butaxılmasını tələb edən nüfuzlu şəxslərə öz təşəkkürünü bildirib.

Cavab sözündə ona bildirilib ki, təzyiqlərə son qoyulması və azad mətbuata məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Azərbaycan hakimiyyətinə tələblər davam etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar