ƏLİ KƏRİMLİNİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Beynəlxalq axtarışa verilib!

Azərbaycan prokurorluğu AXCP sədri Əli Kərimlinin bacanağı Rauf Hüseynovun barəsində beynəlxalq axtarış elan edib. Turan-ın məlumatına görə, o, xaricdə siyasi sığınacaq almaq üçün saxta sənəd düzəltməkdə ittiham olunur.

Ancaq AXCP R.Hüseynova qarşı ittihamları rədd edir. Partiyanın mətbuat xidmətinin məlumatına görə, R.Hüseynov uzun illərdir ki, partiyanın üzvüdür, Milli Şuranın mitinqlərində fəal iştirak edib. O, mitinqlərin texniki təchizatına (səsgücləndiricilərin quraşdırılması və digər məsələlər) məsul şəxs olub.

Müxalifətin 2016-ci il 11 sentyabr mitinqindən sonra AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlayıb. O zaman 254 nəfər polisə çağırılmışdı. Onların bəzisi saxlanılmışdı. Onların arasında R.Hüseynov da vardı.

Çoxsaylı təzyiqləri, Ə.Kərimlinin qaynı Elnur Seyidovun həbsini, Qənimət Zahidin qohumlarına, Emin Milli, Natiq Adilov və digərlərinə qarşı repressiyaları nəzərə alan R.Hüseynov ölkəni tərk etməli olub.

Ə.Kərimli bacanağına qarşı cinayət işini öz qohumlarına qarayaxma kampaniyası kimi qiymətləndirib.

635x100

Şərhlər

pıs-pısa 2017-12-15 15:24:30

Dövlət büdcəsini dədəsinin malı talan edən (358,5 milyon manat) Alışanov kimilərə gözün üstə qaşın var deyən yoxdur, amma "Yapon İmperatorlarının" iç üzünü açmaq üçün mitinq təşkil edənləri əvvəlcə ölkədən qaçırtıb, sonra isə axtarışa verirlər!!

General 2017-12-15 15:24:30

Aye indide eli beyin bacanagnın cibne neşe atıb şerleyib kykla mehkemenizi qurun damlayın ay yazıqlar ayıbdı...

Palkovnik 2017-12-15 15:24:30

Yoldaş generel neftin pulları buları havalandırıb o haqq dünyasında buları birce birce yandıcaq narahat olmayın

Son yazılar