Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib

Bu gün Yasamal Rayon Məhkəməsində hazırda həbsdə olan Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Q.İbrahimov və atası H.İbrahimovun 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ay Q.İbrahimov və atası H.İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinir.

635x100

Şərhlər

nata 2017-12-15 16:10:18

Intelektual verliwlerin qalibi olan gencin,narkotik ittihami ile gunahlandirilib hebse atilmasi olke ucun utancvericilikden bawqa bir wey deyil.Ayib olsun bele prokurora da,hakime de.

Son yazılar