"Qüdrət Həsənquliyevlə əlaqə saxladım..." - Müdafiə nazirinin müavini

Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda bu barədə yazı yazanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

O, bu məsələdə medianı diqqətli olmağa çağırıb.

K.Vəliyev deputat Qüdrət Həsənquliyevin ordu ilə bağlı mediada yayılan fikirlərinə də toxunub: “Deputat bir müddət öncə, Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, həmin media orqanları nə Milli Məclisdə, nə də Müdafiə Nazirliyində akkreditasiyadan keçib: “Onlar müxtəlif saytlardır ki, bu cür şeylər yazırlar”.

635x100

Şərhlər

Adam 2017-12-15 17:02:03

Hərmətli Kərim müəllim,deputat Qüdrət müəllim MN haqqında və MN-də təcili Hesablama palatası tərəfindən yoxlamanın aparılması firi isə tam həqiqətin nə həddə olduğundan xəbər verir.....Lazım gələrsə faktlarla tək mən yox elə hami sübuta yetirə bilər.

Adam 2017-12-15 17:02:03

Kərim müəllim,siz gözəl bilirsiniz ki,.... .MN-də ağır cinayətlər baş verməsə və yuxarılara ciddi şikayətlər olmasa heç vaxt Prokurorluq və Hesablama palatası ora müdaxilə olmur.Çünki oranın sistemi elə qurulub ki,........

Son yazılar