«Rusiya NATO-nun sualtı komunikasiyalarına təhlükə yarada bilər» – NATO

Dərc olunub: 15/12/2017 - 18:10

1495687695_sualti_qayiq_37457657«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO hesab edir ki, Rusiya Atlantikanın sualtı komunikasiyalarını təhdid altına ala bilər.
Böyük Britaniya silahlı qüvvələri Baş qərpargahının rəisi Stüart Piç hesab edir ki, alyans ilk növbədə, transatlantik dərin sualtı kabellərin təhlükəsizliyinə diqqət yetirməlidir («Financial Times»).
Gələn il NATO-nun hərbi komitəsinin sədri postunu tutacaq yüksək çinli hərbçi qeyd edib ki, Moskva mübarizənin qeyri-standart potensialını və informasiya qarşıdurmasının metodikasını təkmilləşdirir.
«Sualtı komunikasiyaların məhv edilməsi və ya bu sistemdə qırılmaların baş verməsi internetin və beynəlxalq ticarətin dağılmasına səbəb ola bilər» – deyə, Piç xəbərdarlıq edib.








loading...


Fikrinizi bildirin