Rusiya KXDR-ın işçi qüvvəsindən istifadəni dayandıracağına söz verir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan işçi qüvvəsindən istifadəni dayandıracağına söz verir. Amma bu zaman, artıq qüvvəyə minmiş kontraktlar dayandırılmayacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bildirib.

O, əlavə edib ki, burada söhbət həm də Şimali Koreyalı fəhlələrin dərhal deportasiya olunmasından getmir - proses tədricən həyata keçiriləcək.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) yeni raket sınaqlarına görə, Pxenyana qarşı sanksiyaları daha da sərtləşdirib. Bu, həm də KXDR-dan Rusiyaya işçi qüvvəsi axınına toxunur.

Məlumata görə, hazırda Rusiyada 35 min nəfər Şimali Koreya vətəndaşı kontrakt üzrə işləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar