«Koreya yarımadasında hərbi ssenari istisna deyil» - BMT-nin Baş katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş bəyan edib ki, dünyanın bütün ölkələri və Koreya Xalq Demokratik Respublikasının (KXDR) özü BMT Təhlükəsizlik Şurasının Koreya yarımadasının denuklearizasiyasını nəzərdə tutan qətnamələrinə əməl etməlidir. Əks halda, müharibəyə girmək ehtimalı var və bu müharibə olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu barədə beynəlxadq təşkilatın saytında söhbət açılır.

«Ən pis ssenari üzrə biz, lunatiklər kimi, müharibəyə cəlb olunmuş vəziyyətə düşərik ki, bu da xeyli dramatik nəticələr verə bilər» - deyə, Baş katib qeyd edib və KXDR-ın nüvə proqramı ətrafında yaranmış böhranın aradan qaldırılması üçün diplomatik səylərin artırılmasına çağırıb.

Bu ərəfədə, Quterriş KXDR ətrafında yaranmış situasiyanı Yaponiyanın Baş naziri Sindzo Abe ilə müzakirə edib.

635x100

Şərhlər

Hsbil 2017-12-15 21:01:02

Ay antonni quteris bir iti öldürmek ücün o boyda xalqa zülm etmeyin qerarı qebul edin cine cahiş edin onu redd elesin surya varyantına getmeyin ele ordada esedi gebertmek lazım idi

Son yazılar