Şagirdlər direktoru güllələdi – Türkiyədə dəhşətli cinayət

Dərc olunub: 15/12/2017 - 21:21

1756602_1aff03b4f24b13fee224a21217136b94İzmirin Ödemiş qəsəbəsində Anadolu liseyində cinayət baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İ.P. ve U.C. adlı iki şagird direktor Ayhan Kökmeni öz otağında tüfənglə güllələyiblər.

Ağır yaralı halda xəstəxanaya yerləşdirilən direktor əməliyyat edilib. Lakin, bütün cəhdlərə baxmayaraq onun həyatını xilase etmək mümkün olmayıb.

Hazırda cinayəti törədən şagirdlər axtarılır.

Məlumata görə, iki gün sonra valideyn iclası keçiriləcəkmiş.


loading...




Fikrinizi bildirin