24 yaşlı oğlan dərman içdi ki, sağalsın - Zəhərləndi

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə dekabrın 14-də axşam saatlarında rayonun Qovlar qəsəbəsində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Cabbarov Ceyhun Elşad oğlu evində dərman qəbul edərkən zəhərlənib.

C.Cabbarov təcili yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar