Vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək - HARADA?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ASAN xidmət"lə elektron hökumət sahəsində əməkdaşlığa başlayır.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, əməkdaşlıq çərçivəsində "ASAN xidmət" mərkəzlərində xüsusi e-hökumət guşələrinin yaradılması nəzərdə tutulur. Burada kompüterlər qoyulacaq ki, onların köməyi ilə vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək.

Nazir müavini əlavə edib ki, "ASAN xidmət"lə əməkdaşlığa artıq başlanıb: "Güman edirəm ki, yaxın vaxtlarda birgə əməkdaşlığımız çərçivəsində təqdimat keçirə biləcəyik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar