İMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq

Gələn il Azərbaycanın qeyri-neft (qeyri-hidrokarbonat) sektorunda 4%-lik inkişaf olacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının Azərbaycana səfərinin yekunlarına dair yayılmış press-relizində deyilir.

IMF missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında stabilləşmə başlayıb: "Aparılan makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-hidrokarbonat və kənd təsərrüfatı sahəsi daha da genişlənib. Aparılan işlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar