Gələn il Azərbaycanda birrəqəmli inflyasiya olacaq - Beynəlxalq Valyuta Fondu

"2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 - 4% arasında dəyişə bilər".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".

635x100

Şərhlər

t.ədalət 2017-12-15 21:46:27

Gələn il infilyasiyanın həcmini müəyyənləşdirmək üçün arxada qalan ilin vəziyyətinə baxmaq lazımdır.Günbəgün bağlanan iş yerləri,ixtisarlar bəlli edir ki,təzə il təzə-təzə problemlər ili olacaq.

Son yazılar