Azərbaycan kubokunda yarımfinal cütləri müəyyənləşib
Baxiş sayı:
Dərc olunub:
16/12/2017 - 00:18
Azərbaycan kubokunda yarımfinalın hər iki cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 1/4 finalın bu gün keçirilən cavab oyununda “Səbail”i məğlub edən “Qəbələ” “Neftçi”yə rəqib olub
“Qırmızı-qaralar” evdə 1:0, səfərdə 4:2 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb. “Neftçi” isə bir gün öncə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zirə”ni 2 cavabsız qolla keçmişdi.
Digər cütdə isə "Sumqayıt" “Keşlə” ilə oynayacaq. “Kəpəz”ə hər iki matçda qalib gələn (2:0, 3:2) bakılıların rəqibi də bu gün bilinib. Öz meydanında “Qarabağ”a şok yaşadan “Sumqayıt” iki oyunun nəticəsinə görə (1:2, 2:0) final uğrunda döyüşməyə haqq qazanıb.
Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.