Fəalları müşahidəçillikdən imtinaya vadar edirlər

Hakimiyyət seçki saxtakarlığına start verib. Bu barədə prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qərargahının mətbuat xidmətindən daxil olan press-relizdə bildirilir.

Qeyd olunur ki, 09 oktyabr 2013- cü il tarixdə Azərbaycanda keçiriləcək prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə böyük səs fərqi ilə uduzacağının fərqində olan mövcud Əliyev hakimiyyəti dünəndən seçki öncəsi durumun gərginləşməsinə və seçkilərin saxtalaşdırılmasına yönəlik total qanun pozuntularına başlayıb. Prezidentliyə namizəd Cəmil Həsənlinin mətbuat xidmətinə daxil olan məlumatlara görə, 64- saylı seçki dairəsinin 1- ci və 2- ci məntəqələrində, eləcə də 49, 47, 43, 41, 121 saylı seçki dairələrində müşahidəcilərə iş yerlərindən qovulmaq şantajı ilə müşahidəçilikdən imtinaya məcbur edirlər.

Xəbər verilir ki, artıq 121-ci dairədən 35 nəfər imtinaya məcbur edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar