SABİQ NAZİRLƏR 4,5 MİLYARDI ÖLKƏDƏN BİRGƏ ÇIXARIBLAR? - Yeni iddialar

Pullar “Azəriqazbank” daşınıb, sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb

Fazil Məmmədovun da 4.5 milyardlıq “qara pul” əməliyyatı “MTN işi”nə birləşdirilə bilər

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dekabrın 15-də Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində yenidən dindirilib. Sabiq nazirlə bağlı istintaq hərəkətləri davam etdirilib. "AzPolitika.info"nun istintaqın gedişi ilə bağlı yaydığı məlumatlarda iddia edilir ki, Eldar Mahmudov ölkədən çıxarılan daha 1 milyard dolların taleyi ilə bağlı dindirilir. Bu 1 milyard onun oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülüb.

Sayt yazır ki, istintaq prosesində yenilik də üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

Yada salaq ki, Eldar Mahmudovu buna qədər Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə artıq 2 dəfə dindiriblər. Əvvəlki dindirmələrin əmisi oğlu və köməkçisi vəzifəsini daşımış Vüqar Mahmudovun cinayət işi çərçivəsində gerçəkləşdiyi bildirilirdi. V.Mahmudov ləğv olunmuş MTN Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Eldar Mahmudovun dekabrın 15-də istintaqda dindirilməsi ilə bağlı yayılan xəbərdən isə belə aydın olur ki, sabiq naziri ölkədən 1 milyard dollar çıxarılması ətrafında sorğu-sual ediblər. Mümkündür ki, keçmiş nazir həmin pulları ölkədən hazırda həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun vasitəsilə çıxarıb. V.Mahmudov bu il noyabrın 3-də həbs edildikdən sonra belə xəbərlər yayılmışdı ki, ondan Eldar Mahmudovun həbsinə əsas ola biləcək ifadələr alınıb.

Image result for Eldar Mahmudov

Bildirilirdi ki, V.Mahmudov E.Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb.  Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb.

Bu əməliyyatlara Vüqar Mahmudovun rəhbərlik etdiyi iddia olunur. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.

Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. 

2015-ci ilin oktyabrında “MTN işi” başladılan günlərdə bu xəbərlər yayılsa da, ötən 2 il ərzində məlumatlar araşdırılmamış qaldığı kimi görünürdü. İndi isə aydın olur ki, istintaq bu məsələləri araşdırmaqdadır. Bundan başqa həmin günlərdə “MTN işi”nin digər nazirliklərə sıçrayacağı da gözlənilirdi. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həqiqətən də araşdırmalar başlandı. Belə xəbərlər yayıldı ki, “MTN işi” araşdırması çərçivəsində Eldar Mahmudov çetesinin bir qolu da Vergilər Nazirliyinə uzanıb. Həmin günlərdə məsələ Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovun işdən çıxarılması və istintaqa cəlb olunması ilə məhdudlaşdı.

Image result for Fazil Məmmədov

Yayılan xəbərlərə görə, ölkədən iri məbləğlərin çıxarılması məsələləri paralel olaraq Vergilər Nazirliyinin işdən qəfil uzaqlaşdırılan rəhbərliyi - sabiq nazir Fazil Məmmədov və komanda üzvlərinin barəsində aparılan qeyri-rəsmi araşdırmaların mövzusudur. Fazil Məmmədovla Eldar Mahmudovun qarşılıqlı dəstək şəkilində ölkədən iri məbləğlərin  çıxardıqları iddia olunur.

Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən “qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin  idarəçiliyi ilə məşğul olur. “ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür.

Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib. Qeyd olunurdu ki, 2013-cü ildə Samir Qurbanov Vergilər Nazirliyində işdən çıxarılandan sonra tabel silahı ilə Vergilər Nazirliyinin əsas giriş qapısına, video kameralara atəş açıb. Bundan sonra Fazil Məmmədov onu həbs etdirib. Amma onu çox həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı Fazil Məmmədovu Xaləddin İsgəndərovun gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atıb. İlk addım kimi də Samir Qurbanovu həbsdən çıxartdırıb.

Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun. Vergilər Nazirliyinin sabiq rəhbərliyi haqda araşdırmalar rəsmi xarakter alarsa, Qurbanovların əli ilə görülən qara işlər də üzə çıxacaq. Ən azı istintaq materiallarında yer ala bilər. Mümkündür ki, sabiq nazirlərin - Eldar Mahmudovla Fazil Məmmədovun işi bir icraatda birləşdirilsin(musavat.com).

635x100

Şərhlər

Sakit 2017-12-16 17:25:41

Guya bunların əməllərindən... Bəs niyə azad mətbuat ləvğ olunub? Bunların hər biri haqda "dünyanın düz vaxtında" yuzlərlə yazılar gedib. Hökümətin bu yazılara heç bir reaksiyası olmayıb.İndi neft bumu qurtarıb, başlayıblar araşdırmağa.Adicə Xaləddin İsgəndərovun bu caamahatdan yığdığı bəlkə bir neçə milyard var.-Əgər bunları görməyiblərsə, bu lap böyük qəbahətdir. Hələ bir-birinə səbr ötürürlər.Vallah bu xalq çox yazıq olub.Allah köməyimiz olsun!Amin!

Veysal 2017-12-16 17:25:41

Halalları olsun zato o pulları işxalcı putine vermeyibler

G.M 2017-12-16 17:25:41

Fazili şişirdib E.Mahmudov boyda eləmək mümkünsüzdür..Fazil ərz edim ki,gizli yollarla pulçıxarma qabiliyyətinə malik deyil..Onun işçisi Habil, Nazir Fazildən daha varlı birisidir.Fazilin E.Mahmudovla müqayisəsi mümkün olan şey deyil.Aslanla,Quzu qədər fərqli olan müqayisədir.Vergilər Nazirliyi daima diqqət mərkəzində olub.F.Məmmədovun çırpışdırdığı ``Xərda-para`` pullar baş verən əməliyyatların,mövcud karrupsiyanın kiçik bir faizi ola bilər.

VANQA 2017-12-16 17:25:41

Olmazdiki bunlari vəzifəyə təyin edəndə deyəydilərki rüşvət alsan əlini kəsərik? 17 ildən sonra məlum olduki bunlar rüşvətxordu?Rüşvəti-manapolyani-karrupsiyani yiqişdirmaq üçün bir kəlmə söz lazimdir.Əlini stolun üstünə vurub deyəsən rüsvət alan məmur 25 il həbs olunacaq.vəssalam.4-5 milyard zarafat deyile bizə qazi 20 qəpiyə satirsiz 5 milyarda 5 il pulsuz qaz vermək olar xalqa.Bu hələ bir adamda aşkar olandir ğör daha nələr var?

Bashirov Qarib 2017-12-16 17:25:41

Hamisi cefengiyatdir.Bir olkedeki, nazir mehkemenin verdiyi suala cavab verir ki, menim ayliq xercim 300 min manatdir ve elini qolunu sallaya-sallaya cezasiz qalir, T.Ehmedov deyirki, rushvet kimi verdiyim 3 milyon dollari emek haqqimla toplayib , saxlamisham ve indi de yuksek vezifeye can atirsa, butun bu istintaqdir-mistintaqdir hamisi avara sheylerdir, bosh verin getsin.5-10 milyard bolshe, 5-10 mliyard menshe , ferq etmez ki,.Onsuz da 55 manat pensiyamizi alib, dolaniriq.Allaha shukur.

t.ədalət 2017-12-16 17:25:41

Oğurluq və dələduzluqda dostluq olmur.Əlbir olub ölkənin və xalqın sərvətini dağıdırlar.Son anda isə kim kimə nə verib,hamısını qoyurlar ortaya.Fazil Məmmədov da kimə nə qədər verib qoyacaq ortaya.Belələrinin taleyi də güvənsiz olur.Əsil reketçilik buna deyirlər.Yoxsa,Ə.Amaşov yazıq mətbuat işçilərini "reket"adlandırıb atır ortaya.

NİZAMİ SƏMKİRLİ 2017-12-16 17:25:41

HƏYATDA HER SEY MUMKUNDUR MUSAULUNUN RAUFU. ONA GORƏ Kİ BİR VAXTLAR HAZİRKİ İQTİDRLA BAĞLİ O QƏDƏR YALAN,İFTİRALAR,HƏQİQƏTİ ƏKS ETDİRMƏYƏN MƏQALƏLƏR YAZİRDİN VƏ BUNA GORƏ DƏ SƏNİ RƏHMƏTLİK CƏLAL ƏLİYEV PERVOPİTNİ ADAM ADLANDİRİB, LƏNƏTLƏYİRDİ.AIIAH AKADEMİKƏ RƏHMƏT ELƏSİN. MUMKUN O OLDU Kİ HEC KƏSİN İNANMADİĞİ BİR HALDA .... TƏRSİNƏ YAZMĞA BASLADİN. ARXANİ DA DYADİN DİNƏ. AMM SƏNİN MƏNİMLƏ BİR YERDƏ TUSDAQ VXTİN HƏLƏ DƏ GOZUM ONUNDƏDİR.ELƏ HEY SAPKANDAN YAPİSİRDİN.NİYƏ?QƏRBƏ İDİ

miri 2017-12-16 17:25:41

"Canavarlar ac qalanda bir -birini yeyər"." 100 oqurlayıb,1 yeyən" lər bu "sürü"nün nizamın bilməlidir.

Allah bəndəsi 2017-12-16 17:25:41

4.5milyard aysberqin görünən hissəsidir.Gör digər YAP-çılardan nələr çıxa bilər.Yazıq ölkə,yazıq millət gör nə günə salırlar .u işə inshaallah Akllah qoşulub.Bir-bir üzə çıxarılır.

oxucu 2017-12-16 17:25:41

sizinkimiler elbu dovleti bedbaxt edib veysel dansiqivza fikir ver putin ...

Tahir 2017-12-16 17:25:41

Bəs Fazil Məmmədov cinayətkarı həbsdən necə və kimlərin vasitəsilə həbsdən azad etdirib? Bu da ictimaiyyətə maraqlıdır.Deməli ipin ucu hələ tapılmayıb.

Lətif 2017-12-16 17:25:41

Azərbaycanl;n cinayət məcəlləsində rwşvət alan ve rüşvət verən üçün maddə mövcuddur və hələ maddə çıxarılmayıb.Bəs bu maddə Azərbaycanda niyə tətbiq olunmur? Bunun səbəbini açana Nobel mükafatı düşür.1970 -ci ldən üzü bəri belə maddə necə tətbiq olunub? Baş rüşvətxorlar üzə çıxarılmayıb,rüşvət getdikcə arıb.Hətta JEK-dən yaşadığın evdə yaşamaq barədə arayış belə rüçvətsiz verilməyib.Bax budur Azərbaycandakı inkişaf! Yazıq F.Məmmədov neyləsin?

Abit 2017-12-16 17:25:41

O birilerine baxanda bunlara şükür4 milyard nediki

Son yazılar