“Ukrayna uğrunda canımdan keçməyə hazıram” - Saakaşvili

saakasviliUkraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün “Facebook” səhifəsində tərəfdarlarını prezident Pyotr Poroşenkonun impiçmenti uğrunda marşda iştirak etməyə çağırıb.

Virtualaz.org xəbər verir ki, Saakaşvili sosial şəbəkə hesabında yazıb: “Sabah biz mütləq impiçment uğrunda marşa çıxmaılıyıq ki, hakimiyyəti son ölümcül addımdan çəkindirək və o, diktaturaya çevrilməsin, yəni ölkəni faciədən xilas edək”.

O, həmçinin əlavə edib ki, Ukraynada diktaturanın olmaması uğrunda canından da keçməyə hazırdır.

“Əgər diktaturanı dayandırmaq üçün azadlığım və hətta həyatım lazım olarsa, təsdiq edirəm ki, onları qurban verməyə hazıram! Mən sona kimi – ümumi qələbəmizə qədər döyüşəcəyəm!” – Saakaşvili bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar