Kanadalı milyarderin və həyat yoldaşının müəmmalı ölümü

Kanadalı milyarder, “Apotex” əczaçılıq korporasiyasının banisi Bernard Şermanın və onun həyat yoldaşının cəsədləri Torontodakı evlərinin zirzəmisində aşkar olunub.AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, polis qətl versiyasını nəzərdən keçirməsə də, onların ölümünü müəmmalı hesab edir, digər təfərrüatlar barədə məlumat verilmir.

Toronto polisinin nümayəndəsi Devid Hopkinson: “Onların ölümlərini şübhəli hesab edirik. Ciddi təhqiqat aparılmalıdır. Hazırda ölüm səbəbləri bizə məlum deyil. Patoloq-anatom və təhqiqatçı öz işlərini gördükdən sonra nəticə çıxarmaq olar”.

Bernard Şermanın 75, həyat yoldaşının isə 70 yaş vardı. Şerman “Apotex” korporasiyasının əsasını 1974-cü ildə qoymuşdu. Kompaniyanın məhsulları dünyanın 115 ölkəsinə ixrac edilir. Kanadanın ən varlı insanları arasında 15-ci yeri tutan Şermanın varidatı 4,5 milyard dollardan artıq qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar