Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var
Baxiş sayı:
Dərc olunub:
17/12/2017 - 09:27
Avstraliyada yaşayış evinin eyvanı uçub."Report" xəbər verir ki, bu barədə "Herald Sun" məlumat yayıb.
Məlumata görə, hadisə Melburn yaxınlığındakı şəhərdəki fərdi evlərdən birində, şənlik mərasimi zamanı baş verib. Hadisə nəticəsində 1 qadın ölüb, daha 18 nəfər xəsarət alıb.
Qeyd edilir ki, hadisə zamanı eyvanda 30 nəfər olub.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.