Beynəlxalq təşkilatlar əməkdaşlarını Yəmənin paytaxtından təxliyyə edir

Beynəlxalq humanitar təşkilatlar əməkdaşlarını hüsilərə aid "Ansar Allah" qiyamçı hərəkatının nəzarəti altında olan Yəmənin paytaxtı Sənadan təxliyyə edir.

"Report" TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya çıxış edib.

Bəyanata əsasən, Yəmən paytaxtında təhlükəsizlik məsələlərinin mürəkkəb vəziyyətdə olması ilə əlaqədar beynəlxalq humanitar təşkilatlar öz əməkdaşlarının Sənadan çıxarılması ilə bağlı müraciət edib.

Yəməndə ölkə hakimiyyəti ilə qiyamçı hüsilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Hazırkı prezident Mənsur Hadinin xahişi ilə ərəb dövlətlərindən ibarət koalisiya qüvvələrinin müdaxiləsindən sonra toqquşmalar daha da kəskinləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar