Çin süni adalarda möhkəmlənir - Cənubi Çin dənizində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Cənubi Çin dənizindəki süni adalarda hərbi iştirakını möhkəmlədir. Bu barədə Vaşinqtonun «Asia Maritime Transparency Initiative» analitik mərkəzi xəbər verib («Amerikanın səsi»).

Peyk təsvirinə istinad edən mərkəz, Parasel və Spartali adalarında 29 hektarlıq ərazidə işlərin görüldüyünü bildirir. Sözügedən adalara həmçinin, Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnam da iddia edir. Şəkillərdə təyyarə anqarları, yeraltı anbarlar, radiolokasiya avadanlığı və digər konstruksiyalar açıq görsənir. KİV-in yazdığına görə, bütün bunlar hərbi məqsədlər üçün istifadə oluna bilər.

Bundan əvvəl Birləşmiş Ştatlar Çinin bu ərazidə silah-sursat, digər hərbi avadanlıqlar və qurğular yerləşdirməsindən narahatlıq ifadə etmişdi. Amerika Birləşmiş Ştatlarının (ABŞ) fikrincə sözügedən ərazi azad və beynəlxalq dəniz gəmiçiliyi üçün açıq olmalıdır.

Bunan başqa ABŞ, Çini Asiyanın işlərinə qarışmaqda günahlandırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar