"Habil Fətəliyev adlı vəkil yoxdur" - Vəkillər Kollegiyası

Azərbaycan Vəkillər Kollegiyası bəyanat verib. Bəyanatda bildirilir:

"Bu gün bir sıra yerli kütləvi informasiya vasitələrində "Tikinti şirkətinin rəhbəri həbs olundu – Vəkili ilə birlikdə" başlıqlı xəbər yayılmışdır. Qeyd olunan xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunur.

Hadisə ilə bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir.

Eyni zamanda, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcəkdir ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaqdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar