Saakaşvilinin tərəfdarları Oktyabr sarayını tərk etdi - VİDEO (YENİLƏNİB)

Saakaşvilinin tərəfdarlarının ələ keçirdiyi sarayın daxilində konsert keçirildiyi məlum olub.

Saakaşvili insanların heç bir zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa səsləyib.

Hazırda aksiya iştirakçıları binanı tərk edərək "Azadlıq Meydanı"na doğru axın edir.

"İmpiçment marşı" adlandırılan yürüş davam edir.

***

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü keçirilir.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət ediblər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları "İstefa!", "Cinayətkar dəstə rədd olsun!" və "İmpiçment!" şüarları səsləndirirlər.

Daha sonra Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib. Aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.

Картинки по запросу Storonniki Saakaşvili kiev seqodnyaКартинки по запросу Storonniki Saakaşvili kiev seqodnyaКартинки по запросу Storonniki Saakaşvili kiev seqodnya

635x100

Şərhlər

Sakit 2017-12-17 19:33:49

Ukrayna xalqına eşq olsun! Əsl xalq belə olar. Mənim fikrimcə "təlxək" xalqın yaşamasındansa, yaşamamağı daha yaxşıdır.Diktatorlar qurban olsun Saakaşviliyə.Rəhbər belə olar!

Son yazılar