İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazalarından birindədir - Türkiyə mətbuatı

Dərc olunub: 17/12/2017 - 22:23

bagdadi isid isisİŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi hazırda ABŞ-ın Suriya ərazisində yerləşən hərbi bazalarından birindədir.”Report” xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, o, İraqda yaxalanıb, ardınca Birləşmiş Ştatların Suriyanın Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına gətirilib. Sonra terrorçu oradan da ABŞ-ın Haseke-Rumeylandakı hərbi bazasına aparılıb.

İŞİD başçısının saxlanılarkən ayağından yaralandığı qeyd olunur.
Həmsöhbətin sözlərinə görə, Əl-Bağdadi ilə yanaşı terrorçuların 7 komandiri də tutulub.
Rusiya Müdafiə Nazirliyi iyunda Əl-Bağdadinin mayın 28-də Rəqqaya endirilən hava zərbələri nəticəsində öldüyü ilə bğlı ehtimalların olduğunu bildirib.








loading...


Fikrinizi bildirin