“HAFKA”nın KLUBUNUN ƏRAZİSİ ƏLİNDƏN ALINDI - Keçmiş şərikinin şirkəti tərəfindən

Keçmiş nəqiyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olmuş “Delfin” MMC “Bakı” Futbol Klubunu “xüsusi mülkiyyətdə olan sahədən” çıxarıb. Bu barədə qərarı “Delfin” MMC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi çıxarıb. “Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb. Məhkəmə prosesi zamanı “Bakı” klubu qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.

Qeyd edək ki, “Bakı” futbol klubu isə Məmmədovların keçmiş biznes ortağı, “Hafka” kimi tanınan Hafiz Məmmədova məxsus idi.  “Delfin” MMC isə vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Lakin Z.Məmmədovun ulduzunun sönməsindən sonra onun ailə biznes imperiyası da sürətlə çöküb, bir çox aktivləri əlindən alınıb.  Əvvəllər “ZQAN Holding” adı ilə fəaliyyət göstərən “Garant Holding”in baş ofisinin qapısına qıfıl vurulub. A.Məmmədov isə xeyli vaxtdır ölkəni tərk edib. Bəzi məlumatlara görə, “Garant Holding” də artıq Məmmədovlardan aklınıb.

Xatırladaq ki, hələ aylar öncə "PAŞA Bank» ASC «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və sabiq nazirin oğlu Anar Məmmədovun özünə qarşı iddia qaldırmışdı.  Söhbət 1 milyon 141 min 203 manat borcdan gedirdi. Abşeron Rayon Məhkəməsi Məmmədovlara  məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki "Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5" ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoymuşdu. Sonradan A.Məmmədovun borcu ödədiyi və  həbs qərarı ləğv olunduğu xəbər yayıldı.

Ancaq bəzi mənbələr Məmmədovların qeyd olunan şirkətləri, o cümlədən «Garant Holding»i “dinməz-söyləməz" dövr etməyə razılşdıqları üçün məhkəmə qərarlarına da ehtiyac qalmadığını bildirirlər.

Image result for “Garant Holdinq”

Hər halda Məmmədovların ailə biznesi daxil olan bir çox  şirkətlərin artıq onların nəzrətində olmadığı məlumdur. Bu baxımdan “Bakı” futbol klubunun əırazisinin də, “Garant Holding”in yeni sahiblərinin nəzrətinə keçdiyi istisna deyil. Belə görünür ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovla yanaşı banklara küli miqdarda borcu olan köhnə şəriki "Hafka"nın da nəyi var əlindən alınır.

Qeyd edək ki, məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, “Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Akademiyası” ilə təmsil olunur.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

vergi ödəyicisi 2017-12-18 11:25:43

Deyirlər büdcədə kəsir var. deyək ki 3 milyard .1 milyardını Fazildən alın.1 milyardını Eıdar Mahmudovdan,1 milyardinı da Ziyadan.vəsallam burda nə var ki.Bunları yığdıqları ilə birlikdə buraxmaq olmaz,qətuyyən.Bunlar dövlətdən varlıdırlar.

G.M 2017-12-18 11:25:43

Nastolji duyğular,məmur-nazir ərköyünlükləri artıq Tarixin xarabalıqlarına yuvarlanmaqdadır.Hətta oğurladıqlarının hesabatı apaşdırılır.

miri 2017-12-18 11:25:43

bunun camaata ne xeyri? yediler yeyibler indide gaytarillar . millet de temizlemelidi .

Son yazılar