ƏLİ HƏSƏNOVUN 2 NƏFƏRİ ÖLDÜRƏN NƏVƏSİNƏ HÖKM OXUNDU - "Dəymiş ziyan tam ödənilib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin növbəti məhkəmə iclası keçirilib.

Modern.az-ın əməkdaşının da iştirak etdiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

Məhkəmədə prokuror Nail Allahverdiyevin Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirləndirildiyini bildirib. O deyib ki, şahidlərin ifadəsini nəzərə alaraq hadisə zamanı Nailin ona verilən suallara cavab verməməsi, özündə olmamasına görə 264-cü maddədən imtina edir. Prokuror 263.3-cü maddənin tələblərini nəzərə alaraq, Nail Allahverdiyevə 3 il müddətinə nəqliyyat vasitələrinin idarə edilməməsi və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımı Ülviyyə Əliyeva da məhkəmədə çıxış edib. O bildirib ki, bu, qəsdən adam öldürmə hadisəsi deyil. Ona görə də Nailə yüngül cəzanın verilməsini xahiş edir.

Zərərçəkmiş Adil Ocaqverdiyev isə çıxışında heç bir şikayəti olmadığını qeyd edib.

"Nailin cəzasının yüngülləşdirilməsini istəyərdim".

Prosesin sonunda Nail Allahverdiyev də çıxış edib:

"Bu gün mən hələ də bilmirəm ki, rəhmətlik Mehdi ürəktutmasından vəfat edib, ya qəza zamanı aldığı xəsarətdən. Möhtərəm hakim, sizdən xahiş edirəm ki, qərar verərkən mənim gənc olmağımı, zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmişlərin şikayətlərinin olmamasını və barışığın olduğunu nəzərə alasınız. Bir daha Allah ölən şəxslərin hər birinə rəhmet eləsin, yaxınlarına isə səbr versin".

Məhkəmenin qərarı ilə Nail Allahverdiyevə 2 il müddətinə sürücülük hüqüqundan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

635x100

Şərhlər

REDAKTOR 2017-12-18 12:27:22

HƏLƏ YAXSİ Kİ, BAS NAZİRİN NƏVƏSİNİN HƏBS EDİLİB ZİNDANA ATİLMASİ UCUN PROKUROR OZUNDƏ CƏSARƏT TAPİB MZHKZMZDƏN 7 İL İS KƏSİLMƏSİNİ TƏLƏB EDİB. ONUN YERİNƏ İGƏRİ OLSAYDİ ƏLİ HƏSƏNOVUN OĞLUNU AVTORALİDƏ İSTİRAK UCUN PULU DOVLƏT QACQİNLAR KOMİTƏSİNİN HESABİNA ODƏNİLMƏKLƏ İTALİYAYA GONDƏRİLMƏSİNİ TƏLƏB EDƏRDİ. GULMƏLİDİR DEYİLMİ? İKİ NƏFƏRİN OLMUNƏ SƏBƏB OLAN AĞİR CİNAYƏT TOORƏDƏNƏ DƏ 7 İL QANUNSUZ DƏRMAN SAXLAMAQDA SAXTA İTTİHAMLA MƏHKƏMƏYƏ CİXARİLANA DA 7 İL. TARİMAR OL SƏNİ DAĞİL AY DUNYA...

malades 2017-12-18 12:27:22

.... elə danışır ki, elə bil ölənləri geri , həyata qaytarıb. "Dəymiş zərəri ödəyib"... ölənin yerini pul əvəz edirmi?! Cavanlığına bağışlanmasını istəyib, bu .... Cavansan get...

t.ədalət 2017-12-18 12:27:22

Nail əsgəri xidmətdə olduğu kimi cəzasını çəkəcək.Heç bilməyəcək ki,adı hansı kolonda qeydədir.Bir azdan da əfv olunacaq.

Cəmşid Dərələyəzli 2017-12-18 12:27:22

Bir qudurğanın törətdiyi cinayəti ölənlərin yaxınlarının savunması, ən böyük mənaviyyatsızlıqdır. Oldürülənlərə həqarətdir. Bu ölümü nəhlətləyən vətəndaşlarımıza, xüsusən də jurnalistlərimizə təhqirdir. Nədən hakim iki və daha çox ölümü buncz az bir cəza ilə höküm verib bu da aydındır. Əli Həsənov sayəsində. İnanın neçəki bu qudurğanlar layiq olduqları cəzaları almayıblar bu belə də davam edəcək.Dəfələrlə mətbuatda qeyd ettmişəm, bütün bunlar uzun illər məmur cəzasızlığının nəticəsidir. Bəli onların bəziləri o həddə harınladılar ki, Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı səkkiz aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır.

Əlosət Ağayev Şəki 2017-12-18 12:27:22

Buna inanmayın. Məmur evladını heç vaxt azadlıqdan məhrum etmirlər. Onlar üçün hər yerdə yaşıl işıqdır. Bu sadəcə ictimaiyyətə görüntü kimi göstərməkdir. Bu gün bilirsiniz kimləri azadlıqdan məhrum edirlər? Qanunların Aliliyi əsasında öz taptalanmış hüquqlarını tələb edənləri. Aga ag, qaraya qara deyənləri.

QISASI: 2017-12-18 12:27:22

AZƏRBAYCAM XALQI ...

ilqar 2017-12-18 12:27:22

ey dost olenlerin birinin anasi dikerinin oqli dunyani daxidirdilar ne oldu olunun ruhunu satanlarda gordum

dadaşyev 2017-12-18 12:27:22

Əgər o qəzanı mən törətmiş olsaydım,zərərçəkmişlər mənim cəzamın bir damcı da olsa yüngülləşdirilməyini istəsəydilər,mənim atabaatama lənət.Niyə?Çünki mənim babam Qaçqınkomu yeyib dağıdıb silib süpürüb təmizləməyib.Ki,belə ağır günümdə başımı tumarlayıb desin ki,ay mənim söygülüm,maaarç,bəs səninçün söküb dağıtmışam da.Bax bu günlər üçün,bu gərgin anlar üçün.Almasaydım verə bilərdimmi?Prokuror maddəylə danışır,məlumdur,belə işlərdə maksimum 6-7 il iş istəyirlər.Bəs zərərçəkənlər?

dima 2017-12-18 12:27:22

Goresen neyin muqabilinde Qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımı yüngül cəzanın verilməsini xahiş edir... o kishinin yanina hansi uzle gedeceksen ay xanim????????????????hansisa inkansiz qohumun ya da qonshun bu qezani toretse idi onu da bele bagishlardi geresen???

G.M 2017-12-18 12:27:22

Ən ağır cəza `Vicdanın`` cəzasıdır..məmurlarımız isə bu cəzadan çox uzaqdılar..əslində o uşağa yox,babasına ``sanballı`` iş düşür.Onu da vaxt gələcək tarixi-zaman verəcək.

FACIƏNİN FACİƏVİ SONLUĞU: 2017-12-18 12:27:22

Bu hadisə bir faciədir-düzdür! LAKİN ƏSL FACİƏ İSƏ ƏDALƏT MÜHAKİMƏSİNİN ƏDALƏTSİZLİYİ VƏ QAÇQINKOM ƏLİ HƏSƏNOVUN VƏZİFƏSİNDƏN SUİ-İSTİFADƏSİ NƏTİCƏSİNDƏ TALADIĞI VARİDATLA NÖVBƏTİ FACİYƏYƏ YOL AÇARAQ AZƏRBAYCAN İCTİMAİYYƏTİ QARŞISINDA HƏR ŞEYİ VƏ NƏVƏSİNİ TÖKDYÜ QANI BELƏ PULLA ALDI: - YƏNİ AZƏRBAYCANIN DAĞLIQ QARABAĞ FACİƏSİNDƏN SUİ-İSTİFADƏ ETMƏKLƏ KÜLLİ MİQDARDA ƏSASSIZ VARLANIB OLİQARX-MONOPOLİSTƏ ÇEVRİLƏN FACİƏ TÖRƏTMƏYƏ NƏVƏNİ SÜRÜKLƏYƏN BABA ƏLİ HƏSƏNOV FACİƏNİ TÖRƏDƏN NAİLİN BABASIDIR!sos!

BU HADİSƏ BİR ÇOX FALTLARI AÇDI: 2017-12-18 12:27:22

3. 30 MİNƏ YAXIN AZƏRBAYCAN İGİDİNİN BASHI DAŞ ALTINDA ŞƏHİDDİR, 80 MİJNƏ YAXƏN İGİD BU MÜHARİBƏDƏ ELİL V ETERAN XESTE COPLUB VE BUGUNEDEK BU AGRİNİ ÇEKMEDİRLER, ANA YURD AZƏRBAYCANIN 50 FAİZİ ..

dr.Amirov 2017-12-18 12:27:22

Kim istəyər ki, özünü hadisəyə sala? Bir qəza idi, oldu. Təzə ailə qurmuş bir gəncin faciəsinə sevinməyin özü patologiyadır. Özünündə söylədiyi şərtlərə baxanda cəzasının ağır təyin edildiyi qənaəti yaranır. Cənab Əli müəllim haqda isə bilməyənlər bilsin ki, onun köçkün əhali içərisində böyük nüfuzu və hörməti var.

sürücü 2017-12-18 12:27:22

əcaib məhkəmədən,prokurordan əcaib qərar.Bəs Cinayət məcəlləsinin uyğuun hadisə ilə bağlı maddəsi nə deyir? Utanmasan oynamağa nə var ki ! Guya zərər ödənilib.İki nəfərin həyatının zərəri necə ödənilə bilər? Hələ yaralılar bir tərəfə.

mələk 2017-12-18 12:27:22

Məhkəmənin və Hakimin işinə Alqış. Cinayətkardır-cəzasını da çəkməlidir.Düzdür, o bilərəkdən qəza törətməyib, ancaq səhlənkarlıqdan və qudurmuşluqdan özünü idarə edə bilməyən "dünya bizimdir" deyənlərdən olduğu üçün cəsasını çəkməlidir.

REDAKTOR 2017-12-18 12:27:22

HADİSƏDƏ OLƏNLƏRƏ ACİYİRAM. MƏHKƏMƏDƏ OZ SƏRƏFLƏRİNİ SATİRLAR UNUDURLAR Kİ HƏR KƏS LAYİQ OLDUĞU CƏZAYA MƏHKUM OLSA YAXSİDİR QONSUMUZDA BİR QADİNİ QƏTLƏ YETİRMİSDİLƏR HAMİ BİNİ HUSRƏT ADLİ KİSİDƏN GORDU VƏ ONU OLUMƏ MƏHKUM ETDİLƏR.OVLADLARİ İLƏ SON GORUSDƏ ATALARİNİN HƏMİN GUN HEC KƏNDƏ OLMADİĞİNİ BİLDİRİB NİYƏ SUSUR SORUSANDA DEYİB Kİ MƏN ANANİZLA AYRİLMAQ İSDƏYİRDİM SİZƏ GORƏ ETMİRDİM. BİR GUN QƏZAYA DUSDUK ANANİZ QAN İCİNDƏ MƏN ONU XƏSDƏXANAYA CATDİRMADİM OLDU.İNDİ MƏN HƏMİN CƏZAYA MƏHKUMAM. BUNA DƏYİL.

Səid 2017-12-18 12:27:22

Əslində işin maraqlı tərəfi odur ki, zərərçəkmişlər elə ifadə veriblər ki, güya mallarına zərər dəyib, onun da kompensasiyasını alıblar. Bu cavanın yerinə kasıb, yetim-yesirin biri olsaydi həmin zərərçəkənlər ən ağır cəzanı tələb edəcəkdilər. Budur bizim cəmiyyət. Heyf o ölən şəxslərə.

alik 2017-12-18 12:27:22

Gpr həyasızlıq nə dərəcəyə çatıb ki, insanı vurub,yıxıb , öldürüb,deyir bəlkə o başqa şeydən ölüb.Niyə millət bu günə düşüb?

RAUF ARİFOXLU 2017-12-18 12:27:22

COX MARAQLİDİ HAMİ QACQOMUN SƏDRİ ƏLİ HƏSƏNOVDAN DANİSİR. BƏS SƏRHƏD XİDMƏTİNİN RƏİSİ GENERALİN KURƏKƏNİNDƏN DANİSAN NİYƏ YOXDU. AXİ Bİ ƏCAİB ELCİN QULİYEVİN KURƏKƏNİDİR...

dadaşyev 2017-12-18 12:27:22

---Alver necə gedir,kəbleyi?Ejgahannuğdu? ---Vallah ejgahannıx diyəndə ki,20 il çalıb çapdım,bir gündə getdi.Qaçqınkomla gələn vayvayla gedərmiş.Yenə yaxşı qurtardıq.Gərək təzədən başlayım,nə qədər ki torpaqlarımız alınmayıb.Davam edir 2017,daha kəskin daha ciddi.Dayan görüm,çənəmdə ağ tük var,şoğərib aaa. ---Aman qıyma o tükə.Kimin ağ tükü var,Azərbaycanda bəxti ayaq üstə olur.Elmə,biliyə,savada,dünyagörüşə ehtiyac yoxdu.Bir qalır alıb vermək,onu da maşallah respublikada bilməyən yoxdu.

zaur 2017-12-18 12:27:22

nə yaxşıdı vallah qudurmuş, 2 nəfəri öldürən məmur nəvəsinə 7 il, siyasi məhbusa 10 il 3 ay yaşa ( boynunu yerə soxum) ey belə hökumət!!!!

Nuhun Ruhu 2017-12-18 12:27:22

Milyonlarla azərbaycanlı ailəsinin mülklərinin işğalına 20 il "susan Aysberqlər"in məhrumiyyətə münasibəti DƏHŞƏTmiş. "Dəymiş ziyan tam ödənilib!", frazası əslində "milyonların sədri" Ə.Həsənovun məhkəməyə iradı deyilmi? Nəvə "tormoz səhvi" ilə qəza törədib. "Vəzifə" isə tormozsuz "şığıyır". "İnsan Kapitallı" "açıq hökumət" isə onu operativ anda vəzifə stresindən də olsa azad etməyib. Xanımı gənci bağışlayır. İllərini yaşayacaq ər-ailə başçısı qeyri-insani də olsa necə, həm də tam ödənirmiş?

Son yazılar