Dünyanın ən bahalı evini 300 milyon dollara aldı - FOTO

Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Fransanın paytaxtı Parisdə yerləşən tarixi “XIV Lüdövik İmarəti”ni alıb.

“Qafqazinfo” Euronews-a istinadla xəbər verir ki, vəliəhd dünyanın ən bahalı imarəti üçün 300 milyon dollar ödəyib.

Satış 2015-ci ildə həyata keçirilsə də, imarətin sahibinin adı gizli saxlanılıb. İmarətin vəliəhdə satıldığı barədə məlumat bu günlərdə üzə çıxıb.

Qeyd edək ki, ötən aylarda vəliəhdin göstərişi ilə S.Ərəbistanında bir çox şahzadə və nazirlər korrupsiya və israfçılıq etməkdə ittiham edilərək həbs edilmişdi. Onun imarət üçün 300 milyon dollar ödəməsinin üzə çıxması isə birmənalı qarşılanmayıb.

635x100

Şərhlər

ABDULQADIR 2017-12-18 21:44:34

BU XEBERI CHOX SARSINTIYLA QARSHILADIM...................

Son yazılar