Vaşinqton Qüdslə bağlı qanuna veto qoydu

Vaşinqton Qüds ilə bağlı təklif olunan qanun layihəsinə veto qoydu.Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb.

Heylinin bu açıqlamasından sonra qanun layihəsinin BMT Təhlükəsizlik Şurasından BMT Baş Assambleyasına göndəriləcəyi müəyyən olub.

"Qüdsün statusunu və demoqrafik quruluşunu dəyişdirən hər hansı bir qərar və ya hərəkətin hüquqi gücü yoxdur. Ləğv edilməlidir", - Heyli söyləyib.

Qeyd edək ki, Fələstin rəhbərliyi tərəfindən hazırlanan və Misir tərəfindən BMT TŞ-ya göndərilən qanun layihəsi Qüdsün statusunu özündə əks etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar