ABŞ Avropadakı aviabazalarının modernləşdirilməsinə 200 milyon xərcləyəcək

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Avropadakı aviabazalarının modernləşdirilməsinə 200 milyon dollar vəsait xərcləməyi planlaşdırır.

Bu xərclər, «Rusiyanın dayandırılması» və NATO ölkələrinin hərbi potenmialının möhkəmləndirilməsi üzrə Vaşinqtonun satrategiyasının bir hissəsi olacaq.

ABŞ Prezidenti Drnald Trampın imzaladığı müdafiə büdcəsi Amerika hərbi-hava qüvvələrinə (HHQ) imkan verir ki, ölkədən kənarda torpaq sahəsi alıb, orada binalar ucaltsın. Bu barədə «Military Times» qəzeti yazıb.

Qəzetin məlumatına görə, pullar Lüksemburqdakı, İslandiyadakı, Norveçdəki və bir neçə Şərqi Avropa ölkəsindəki aviabazaların gücləndirilməsi üçün ayrılıb.

Vaşinqton 10 il əvvəl Keflavikdə (İslandiya) bağlanmış bazanı bərpa etmək və orada P-8 «Paseydon» təyyarələri yerləşdirmək istəyir. Bu təyyarələr sualtı qayıqlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.

Qəzet qeyd edir ki, Pentaqon hələlik daimi əsaslarla Avropadakı aviabazalarda hərbçilərini yerləşdirməyi planlaşdırmır.

Ümumilikdə, «Rusiyanı dayandırmaq» təşəbbüsünü Avropada reallaşdırmaq məqsədilə, ABŞ 4,5 milyarddan bir qədər artıq vəsait ayıracaq.

Gələn il üçün Pentaqonun toplam hərbi büdcəsi 700 milyard dollar təşkil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar