Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, azyaşlını vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar