Səudiyyə Ərəbistanı Yəmən ərazisini bombalayıb

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmən ərazisini bombalayıb.

“Report” "Ahaber"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı husilərin Ər-Riyada atdığı raketə cavab olaraq Yəmənə aviazərbələr endirib.

İtki və dağıntılar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, dekabrın 19-da husi qiyamçıları Yəmən ərazisindən Ər-Riyada "Burkan" qanadlı raketi atıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar