"Bitcoin.com"un qurucularından biri bütün "bitcoin"lərini satıb - "Perspektivi yoxdur"

"Bitcoin.com" saytının yaradanlardan biri olan Emil Oldenburq bütün "bitcoin"lərini satıb."Report" xəbər verir ki, bu barədə "Business Insider" xəbər saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Oldenburq "Bitcoin"lərini "Bitcoin Cash"lə əvəzləyib. Belə ki, investorun sözlərinə görə, "bitcoin"in ticarət valyutası kimi perspektivi yoxdur: "Bitcoin"ə yatırım etmək ekstremal hadisə kimi hesab oluna bilər".

"Bitcoin"in necə işlədiyini anladıqdan sonra insanlar ondan qaçmağa başlayacaqlar", - deyə E.Oldenburq əlavə edib.

Saytın qurucusu "bitcoin"in zəif tərəflərinin yüksək komissiya və köçürmələrdə aşağı sürət kimi amilləri qeyd edib. Həmçinin bu valyutanın ötürücü şəbəkəsinin imkanları "blokun ölçüsü" ilə məhdudlaşdırılıb. Oldenburq qeyd edib ki, "bitcoin"də tranzaksiyalara görə komissiya haqları hər 3 ayda iki dəfə artırılır. Hər hansı əməliyyatın təsdiqi üçün isə ortalama 4,5 saat tələb olunur.

Qeyd edək ki, "Bitcoin.com" kriptovalyuta sektorunda ən iri saytlardan birini idarə edir və 500 minə yaxın cüzdana sahibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar